Yaponiyanın Baş naziri Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) növbədənkənar parlament seçkilərindəki inamlı qələbəsi ölkə iqtisadiyyatında kəskin canlanma yaradıb.
Postxronika.az xəbər verir ki, siyasi sabitlik fonunda "Nikkei" indeksi ticarət sessiyasında 5 faizdən çox artaraq tarixində ilk dəfə 57 min bəndlik psixoloji həddi keçib. LDP 465 deputat mandatından 316-sını qazanaraq, 1947-ci ildən bəri ilk dəfə təkbaşına parlamentdə üçdə iki səs çoxluğunu əldə edib. Ölkənin ilk qadın hökumət başçısı "aqressiv" maliyyə siyasəti yürüdəcəyini, vergiləri azaldacağını və iqtisadiyyatı stimullaşdıracağını vəd edib. Bu tarixi uğur münasibətilə Takaiçini təbrik edən ABŞ Prezidenti Donald Tramp ona hər zaman güclü dəstək verəcəyini bəyan edib. Analitiklər hesab edirlər ki, hökumətin biznesyönümlü addımları Yaponiyanın iqtisadi yüksəlişini daha da sürətləndirəcək.