"Arsenal"ın baş məşqçisi Mikel Arteta zədəli olan yarımmüdafiəçi Mikel Merinonun vəziyyətinə aydınlıq gətirib. Avropa çempionunun sağ ayağındakı sümük zədəsi səbəbindən cərrahi masaya yatacağı məlum olub.
Postxronika.az xəbər verir ki, mütəxəssis bu hadisəni komanda üçün ağır zərbə adlandıraraq, oyunçunun kollektivə unikal töhfə verdiyini vurğulayıb. İspaniyalı futbolçunun mövsümün sonunda meydanlara qayıdacağı gözlənilir. Lakin onun yayda baş tutacaq 2026-cı il Dünya Kubokunu buraxmaq ehtimalı da var. Qeyd edək ki, 29 yaşlı havbek cari mövsüm bütün turnirlərdə 33 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.