Goranboy rayonunun Fəxralı kəndində Vətən müharibəsi şəhidi Kərim Yusibovun anası dünyasını dəyişib. Şəhid anası Əminə Nuriyeva bu gün vəfat edib.
Postxronika.az Gencexeber.az-a istinadən xəbər verir ki, mərhum bu gün kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məlumat üçün bildirək ki, şəhid Kərim Yusibov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Kərim Yusibov döyüşlərin ilk günündə şəhidlik zirvəsinə ucalıb və Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhidimiz ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.