Milan təmsilçisi "İnter" komandanın aparıcı simalarından olan Federiko Dimarko ilə əməkdaşlığı uzunmüddətli etmək qərarına gəlib.

Postxronika.az xəbər verir ki, jurnalist Nikolo Şiranın məlumatına görə, tərəflər 2030-cu ilə qədər nəzərdə tutulan yeni anlaşmanı imzalamağa çox yaxındırlar.

İngiltərə Premyer Liqası klublarının maraq dairəsində olmasına baxmayaraq, "neradzurri"lər öz yetirməsi ilə yola davam etməyi üstün tutublar.

Cari mövsümdə 31 matçda 6 qol və 13 məhsuldar ötürmə ilə yadda qalan 28 yaşlı sol cinah müdafiəçisinin transfer dəyəri 50 milyon avro qiymətləndirilir.