"Barselona"nın aparıcı simalarından olan Rafinya İspaniya Kubokunun yarımfinalında "Atletiko"ya qarşı oynamaq şanslarını dəyərləndirib.
Postxronika.az xəbər verir ki, "Mundo Deportivo"ya danışan braziliyalı futbolçu sağalma prosesinin müsbət getdiyini, lakin cümə axşamına qədər tam hazır olub-olmayacağını zamanın göstərəcəyini söyləyib.
Zədə səbəbindən son iki görüşü buraxan 29 yaşlı oyunçu komandası üçün darıxdığını və meydana qayıtmaq üçün səbirsizləndiyini vurğulayıb.
Qeyd edək ki, cari mövsümdə 22 matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalan ulduzun taleyinə fevralın 12-də aydınlıq gələcək.