Cinsi istismar cinayətlərinə görə 20 il müddətinə azadlıqdan məhrum edilən Qisleyn Maksvell ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin suallarını cavablandırmaqdan imtina edib.

Postxronika.az xəbər verir ki, Ceffri Epşteynin keçmiş şəriki həbsxanadan qatıldığı dinləmədə Konstitusiyanın verdiyi susmaq hüququndan istifadə edərək danışmayıb.

Komitə sədri Ceyms Komer bu vəziyyəti məyusedici adlandırsa da, Maksvellin vəkilləri onun yalnız Prezident Tramp tərəfindən əfv ediləcəyi təqdirdə tam və səmimi ifadə verəcəyini bildiriblər.

Paralel olaraq, Konqres üzvlərinə Epşteyn işi ilə bağlı Ədliyyə Nazirliyində saxlanılan milyonlarla səhifəlik redaktə olunmamış sənədlərə baxmaq icazəsi verilib.

Xatırladaq ki, Maksvell əvvəlki dindirmələrdə nüfuzlu siyasi fiqurların, o cümlədən sabiq prezidentlərin qanunsuz əməllərdə iştirakını təkzib etmişdi.