NBA-da "Los Anceles Leykers" və "Oklahoma Siti Tander" arasındakı gərgin qarşılaşma qonaqların 119:110 hesablı qələbəsi ilə yekunlaşıb.
Postxronika.az xəbər verir ki, tanınmış idman şərhlçisi Skip Bayless matçdan sonra "Leykers"in lideri Lebron Ceymsin performansını sərt dəyərləndirib.
Ekspert ulduz basketbolçunun ümumi oyununun qənaətbəxş olmasına baxmayaraq, ən həlledici məqamlarda komandasını məyus etdiyini vurğulayıb.
Jurnalist xüsusilə Ceymsin perimetrdən etdiyi 4 atışın heç birinin hədəfə çatmadığını diqqətə çatdırıb.
Baylessin fikrincə, əgər Lebronun uzaq məsafəli atışları dəqiq olsaydı, qarşılaşmanın nəticəsi tamamilə fərqli ola bilərdi.