Artan sərnişin tələbatını təmin etmək məqsədilə 15 fevralda Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.

Postxronika.az “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin məlumatına əsasən bildirir ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunub.

Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.