Müxalif erməni mediası Paşinyanın qardaşının Rusiya vətəndaşı olduğunu iddia edir. 

Postxronika.az xəbər verir ki, Vətəndaş Müqaviləsi partiyasının nümayəndələri Rusiya ilə əlaqəsi olan hər kəsi "xarici kəşfiyyat xidmətləri"ndə işləməkdə və onları suverenliyə təhdid adlandırmaqda ittiham etməyə davam edərkən İşxanutyun qəzeti hökumətin özü üçün narahatedici suallar yaradan sənədlər əldə edib.

Nikol Paşinyanın qardaşı Armen Vovayeviç Paşinyan təkcə Rusiya vətəndaşlığına malik deyil, həm də Rusiya Federasiyası ilə sıx əlaqələrə malikdir. Əgər hökumət illərdir hər hansı Rusiya əlaqəsini şübhə üçün əsas hesab edirsə, onda məntiqi bir sual yaranır: eyni standartlar baş nazirin ailə üzvlərinə də şamil olunurmu? Ermənistan Milli Təhlükəsizlik Xidməti Paşinyanın qardaşını kəşfiyyat xidmətləri tərəfindən mümkün işə cəlb olunma ilə bağlı araşdırıbmı?", – jurnalist Lia Sarkisyan yazır.