Avropa İttifaqı Ukraynanın tam islahatlar başa çatmadan, hətta 2027-ci ilə qədər quruma sürətləndirilmiş və qismən qəbulunu müzakirə edir.
Postxronika.az xəbər verir ki, "Politico" nəşrinə istinadən, "tərs genişlənmə" adlanan bu yeni strategiya Kremllə sülh sazişinin imzalanmasını asanlaşdırmaq məqsədi daşıyır. Layihə rəsmi Kiyevin islahatları davam etdirərkən Aİ masasında yer almasını və müəyyən hüquqlardan yararlanmasını nəzərdə tutur. Brüssel bu addımı motivasiyanı qorumaq üçün vacib saysa da, Almaniya kansleri Fridrix Merz və Macarıstanın baş naziri Viktor Orban sürətli inteqrasiyaya kəskin etiraz edirlər.