İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Omanın paytaxtı Maskata rəsmi səfərə yola düşüb. Bu vizit Tehranla Vaşinqton arasında yeni dialoq mərhələsi ətrafında qeyri-müəyyənliyin hökm sürdüyü bir vaxtda reallaşır.
Postxronika.az xəbər verir ki, "Mehr News"un məlumatına görə, nümayəndə səfər çərçivəsində Sultan Heytəm bin Tariq və xarici işlər naziri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək. Səfərin tərəflər arasında baş tutan gizli təmasdan cəmi dörd gün sonraya təsadüf etməsi diqqət çəkir. Ənənəvi vasitəçi olan Maskatdakı bu gediş Benyamin Netanyahunun Vaşinqtonda Trampla gözlənilən görüşü fonunda xüsusi maraq doğurur.