İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi ölkəsinin keçmiş xarici siyasət kursunu və qonşularla davranışını tənqid edib.

Postxronika.az xəbər verir ki, rəsmi nümayəndə İslam İnqilabının əvvəlindən bəri atılan bəzi addımların region dövlətlərində əsassız narahatlıq və qorxu yaratdığını bildirib. Xərrazi etiraf edib ki, inqilab ideologiyasını sərhədlərdən kənara zorla ixrac etmək cəhdi kökündən yanlış metod olub. Onun fikrincə, Tehran bundan sonra qonşularla münasibətlərdə mərhəmət prinsipini və etibar qazanmağı əsas götürməlidir. Siyasətçi İraqı nümunə göstərərək, idealların təzyiqlə deyil, yalnız könüllü şəkildə qəbul edildikdə uğurlu olduğunu vurğulayıb.