ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkəsinin Cənubi Qafqaz regionu ilə bağlı xarici siyasət strategiyasını  açıqlayıb. 

Postxronika.az “APA"ya istinadən xəbər verir ki, Vens Vaşinqtonun həm Azərbaycan, həm də Ermənistanla qurulan səmərəli tərəfdaşlıq əlaqələrini davam etdirmək niyyətində olduğunu vurğulayıb.

Vitse-prezident qeyd edib ki, ABŞ bölgədə sabitliyin təmin olunmasında və hər iki ölkə ilə qarşılıqlı maraqlara əsaslanan dialoqun inkişafında maraqlıdır. O, həmçinin ABŞ-nin regiondakı iqtisadi və təhlükəsizlik layihələrində iştirakının strateji əhəmiyyət daşıdığını bildirib.

Vitse-prezidentin açıqlamalarında əsas diqqət Vaşinqtonun hər iki dövlətlə əvvəlki illərdə əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsini qoruyub saxlamaq əzminə yönəlib. Bildirilib ki, ABŞ tərəflər arasında münasibətlərin tam normallaşması və regionda davamlı sülhün bərqərar olması üçün dəstəyini davam etdirəcək. Bu bəyanat həm də ABŞ-nin Cənubi Qafqazda balanslaşdırılmış və konstruktiv rol oynamaq iradəsini, eyni zamanda bölgədəki strateji proseslərə sadiqliyini nümayiş etdirir.