''Advanced Imaging Society'', 2026-cı il üzrə qalibləri Los-Ancelesdəki Beverli Hills Hoteldə keçirilən 16-cı ''Lumiere Awards'' mərasimində açıqlayıb. Tədbirdə kino hekayəçiliyi və texnologiyanın sərhədlərini genişləndirən sənətçilər, mühəndislər və yenilikçilər təltif olunub.

Əsas film mükafatlarını ''Sinners'', ''Zootopia 2'', ''Wicked: For Good'' və ''The King of Color'' qazanıb. Ən yaxşı bədii film üzrə ''Lumiere'' mükafatını ''Sinners'' filminin prodüseri Sev Ohanyana aktyor Delroy Lindo təqdim edib. Filmin səs komandası — Kris Uelker, Stiv BeddikerBeni Bört kinoteatr filmi üçün ən yaxşı səs işinə görə ayrıca mükafat alıb.

Ən yaxşı animasiya filmi nominasiyasında ''Zootopia 2'' qalib gəlib və mükafat rejissor Bayron Hauarda aktyor Patrik Uorberton tərəfindən təqdim olunub. Ən yaxşı musiqili film üzrə ''Lumiere'' mükafatını ''Wicked: For Good'' filminin rejissoru Con M. Çu qəbul edib. Ən yaxşı sənədli film mükafatı isə Patrick Kridonun yazıb-rejissorluq etdiyi ''The King of Color'' layihəsinə verilib.

Tədbir çərçivəsində xüsusi mükafatlar da təqdim olunub. Aktyor İtan Houk, Richard Linklaterin ''Blue Moon'' filmində Lorenz Hart obrazına görə ''2026 Distinguished Artist Award'' mükafatına layiq görülüb. Mükafatı təqdim edən prodüser və ''Lucasfilm''in sabiq prezidenti Ketlin Kennedi, Houk'un rollarındakı insani dərinliyi və səmimiyyəti xüsusi vurğulayıb.