Azərbaycan və Amerika Birləşmiş Ştatları neft, qaz və elektroenergetika sahələrində həm ikitərəfli formatda, həm də üçüncü ölkələrlə tərəfdaşlıq çərçivəsində əlaqələri dərinləşdirmək niyyətindədirlər.
Postxfonika.az "Report"a istinadən xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens tərəfindən imzalanan Strateji Tərəfdaşlıq Xartiyasında qeyd olunub.
Sənədə əsasən, tərəflər Azərbaycanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi strateji əhəmiyyətini qəbul edirlər. Xartiyada vurğulanır ki, rəsmi Bakı və Vaşinqton interkonnektor layihələrinin icrası, təchizat marşrutlarının şaxələndirilməsi, o cümlədən neft, qaz və elektrik enerjisi sektorlarında birgə fəaliyyəti genişləndirməyi hədəfləyirlər.