Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfər edəcək.
Postxronika.az xəbər verir ki, iki illik fasilədən sonra paytaxt Ankarada baş tutacaq görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Tərəflər Ege və Şərqi Aralıq dənizindəki problemləri, Qərbi Frakiya türklərinin statusunu və terrorla mübarizə məsələlərini diqqət mərkəzində saxlayacaqlar. Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında ötən il 6,7 milyar dollar təşkil edən ticarət dövriyyəsinin 10 milyar dollara çatdırılması üçün müxtəlif sazişlərin imzalanması gözlənilir. Liderlər həmçinin regional və qlobal proseslər ətrafında fikir mübadiləsi apararaq "Atina Bəyannaməsi" ilə başlayan yeni dövrün addımlarını dəyərləndirəcəklər.
Beləliklə, Beştəpədə keçiriləcək bu zirvə iki qonşu ölkə arasında iqtisadi və siyasi bağların daha da güclənməsinə xidmət edəcək.