Rusiyalı şərhçi Aleksandr Yelagin İngiltərə çempionatının 26-cı turunda 1:1 hesabı ilə yekunlaşan "Vest Hem" – "Mançester Yunayted" matçı barədə fikirlərini bölüşüb.
Postxronika.az xəbər verir ki, ekspert "çəkiclər"in Nuno rəhbərliyi altında ən yaxşı oyunlarından birini sərgilədiyini diqqətə çatdırıb. O, London klubunun final fitinə saniyələr qalmış qol buraxmasını böyük ədalətsizlik adlandırıb. Jurnalist həmçinin rəqib cəbhədəki Kerrikin xarizması və soyuqqanlılığından təsirləndiyini gizlətməyib. Yelagin Telegram kanalında qeyd edib ki, meydan sahibləri "Mançester Yunayted"in orta xəttini zərərsizləşdirməklə xüsusi tərifə layiqdirlər. Şərhçinin fikrincə, Brunonun oyundan tamamilə qoparılması məhz baş məşqçinin uğurlu taktiki planının nəticəsi idi.