Norveç Silahlı Qüvvələrinin baş komandanı Eirik Kristoffersen Oslonun gələcəkdə Rusiyanın ölkəyə hərbi müdaxilə ehtimalını istisna etmədiyini bəyan edib.
Postxronika.az xəbər verir ki, general Moskvanın şimaldakı strateji nüvə obyektlərini qorumaq məqsədilə Norveç ərazilərindən istifadə edə biləcəyini irəli sürüb. Hərbçinin fikrincə, Kola yarımadasındakı arsenalın müdafiəsi üçün quru əməliyyatları NATO ilə mümkün münaqişə zamanı real ssenaridir. Kristoffersen bu addımın Kremlin ABŞ-yə qarşı əsas təhdid vasitəsini sığortalamaq üçün atıla biləcəyini qeyd edib. O, hazırda ənənəvi işğaldan daha çox, hibrid təhdidlərin və GPS maneələrinin müşahidə olunduğunu vurğulayıb. Bütün gərginliyə rəğmən, tərəflər arasında anlaşılmazlıqların qarşısını almaq üçün təmasların davam etdiyi bildirilir.