"Mançester Yunayted"in hücumçusu Benjamin Şeşko Premyer Liqanın 26-cı turunda "Vest Hem"lə bərabərə qaldıqları oyunu dəyərləndirib.
Postxronika.az xəbər verir ki, gənc futbolçu 1:1 hesablı heç-heçədən məmnun qalmadığını və komandasının 3 xala layiq olduğunu bildirib. O, bəzi məqamlarda bəxtsizliklə üzləşdiklərini, lakin sona qədər mübarizə əzmi göstərdiklərini vurğulayıb. Şeşkonun sözlərinə görə, oyunun intensivliyi tam istənilən səviyyədə olmasa da, qazanılan bir xal da vacib əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu nəticədən sonra "qırmızı şeytanlar" aktivindəki 45 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.