''Universal'' studiyası Brendan Freyzerin baş rola qayıdacağı yeni “Mummy” filminin premyera tarixini açıqlayıb. Film 19 may 2028-ci ildə kinoteatrlarda nümayiş olunacaq.
Yeni hissəni Mat Bettinelli-Olpin və Tayler Gillet (Radio Silence) çəkir. Süjet gizli saxlanılsa da, Freyzer və Reyçel Vaysın Rick və Evelyn O’Connell rollarına qayıdacağı təsdiqlənib.
Ssenari Devid Koqşoll'a məxsusdur. Layihənin prodüserləri arasında orijinal trilogiyanın prodüseri Şon Daniel də var.
1999-cu ildə təqdim olunan ilk “Mummy” filmi macəra, romantika və qorxu elementlərini birləşdirərək böyük uğur qazanmış, dünya üzrə 422 milyon dollardan çox gəlir əldə etmişdi. Ümumilikdə franchise kinoteatrlarda 1,8 milyard dollardan artıq gəlir gətirib və ''Universal''ın ən uğurlu franşizalarından birinə çevrilib.