Azərbaycan Basketbol Liqasında XVII tura start verilib.

Postxronika.az "Report" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Səfərdə "Lənkəran"la üz-üzə gələn "Sərhədçi" 83:69 hesablı qələbə qazanıb. Matç Lənkəran Olimpiya İdman Kompleksində keçirilib.

Qeyd edək ki, tura fevralın 14-də yekun vurulacaq.