İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində HƏMAS qruplaşmasının yüksək rütbəli üzvlərindən birini zərərsizləşdirib.
Postxronika.az “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti rəsmi məlumat yayıb.
Məlumata görə, hədəf alınan şəxs HƏMAS-ın snayper bölməsinin komandiri olub. İsrail tərəfi bildirib ki, həmin şəxs İsrail hərbçilərinə qarşı müxtəlif vaxtlarda həyata keçirilən hücumların təşkilatçısı və icraçısı kimi tanınırdı. Əməliyyatın dəqiq yeri və tətbiq edilən üsullar barədə ətraflı məlumat verilməsə də, bunun qruplaşmanın döyüş qabiliyyətinə ciddi zərbə olduğu vurğulanıb.
HƏMAS hələlik öz komandirinin ölümü ilə bağlı yayılan bu məlumatı rəsmən təsdiqləməyib.