14 fevral dünyanın bir çox ölkəsində Sevgililər günü kimi qeyd olunur. Bu gün bəzi bürclər romantikanı daha çox hiss edir və sevgisini daha açıq göstərir. Kimisi sürpriz etməyi sevir, kimisi isə sakit və səmimi şəkildə sevgisini yaşayır.
Postxronika.az Sevgililər gününün ən romantik 5 bürcünü təqdim edir:
Balıqlar- Balıqlar sevgini adi şəkildə yaşamaz, onu hisslərin ən dərin qatında yaşayar. Onun üçün bir baxış belə uzun bir hekayədir. Romantika Balıqların təbiətidir — incə mesajlar, gözlənilməz etiraflar, ürəkdən gələn sözlər…
Tərəzi- Zərifliyin və estetik romantikanın simvolu… Tərəzi üçün sevgi harmoniya deməkdir. O, hər detalı düşünər – musiqini, ətiri, atmosferi. Onunla 14 fevral sanki romantik film səhnəsidir.
Şir-Sevəndə böyük sevər! Şir üçün romantika möhtəşəm olmalıdır. Gözlənilməz sürprizlər, gurultulu sevgi etirafları, unudulmaz anlar… Onun sevgisi həm isti, həm də parlaqdır.
Xərçəng-Qəlbi ən saf sevənlərdəndir. Xərçəng sevgini sakit, dərin və səmimi yaşayır. Evdə hazırlanmış kiçik bir sürpriz belə onun üçün böyük məna daşıyır. Onun sevgisi insanın ruhunu isidir.
Buğa-Buğa sevgini sözlə yox, davranışı ilə göstərir. Onun üçün romantika bahalı hədiyyə deyil, qarşı tərəfin özünü dəyərli hiss etməsidir. Sakit bir axşam, uzun bir söhbət, içdən gələn bir toxunuş… Buğa sevgini rahatlıq və güvən hissi ilə yaşadır. Onun yanında insan özünü həm sevilən, həm də qorunan hiss edir.