İranın Kabildəki səfiri Əlirza Biqdeli bildirib ki, Tehran Taliban administrasiyasını tanımaq istiqamətində danışıqları davam etdirir və yaxın zamanda rəsmi tanınma baş verəcək.
Postxronika.az xəbər verir ki, səfir münasibətlərin səviyyəsinin, hər iki tərəfdən səfirlərin mövcudluğunun, ticarət və digər əlaqələrin genişləndirilməsinin tanınmanın göstəricisi olduğunu qeyd edib.
O əlavə edib ki, hazırda İran və Taliban arasında münasibətlər müsbət xarakter daşıyır və İran Əfqanistana digər ölkələrdən daha yaxın mövqedədir.