İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani amerikalı tərəfdaşlarla müzakirələrin nisbətən müsbət məcrada irəlilədiyini bildirib.
Postxronika.az xəbər verir ki, rəsmi nümayəndə Vaşinqtonun bu təmasların spesifik bir həll variantı ilə yekunlaşmasında maraqlı göründüyünü vurğulayıb.
Hələlik cəmi bir görüşün baş tutduğunu deyən katib prosesin gedişatını izləyəcəklərini və tam qənaətə gəlmək üçün tez olduğunu qeyd edib. O, növbəti görüşün yeri və zamanı ilə bağlı qərarın yaxın vaxtlarda veriləcəyini əlavə edib. Laricani, həmçinin Omana reallaşdırdığı səfərin səmərəli keçdiyini və regional mövzular ətrafında aparılan danışıqların ümidverici olduğunu diqqətə çatdırıb.