Barselona"nın kapitanı Ronald Araujo uzun müddət gizlətdiyi ağır psixoloji problemləri və depressiya ilə mübarizəsi barədə səmimi danışıb.

Postxronika.az xəbər verir ki, uruqvaylı müdafiəçi təxminən il yarım ərzində daxili narahatlıq keçirdiyini və bu vəziyyətin zamanla dərinləşdiyini bildirib. O, mənəvi cəhətdən bərpa olunmaq və ailəsi ilə vaxt keçirmək üçün peşəkar yardıma ehtiyac duyduğunu vurğulayıb. Təcrübəli oyunçu hər şeyi daxilində saxlamağa çalışsa da, bu gərginliyin meydandakı çıxışına mənfi təsir etdiyini etiraf edib. Araujo qeyd edib ki, problemin fərqinə vararaq vaxtında mütəxəssislərə müraciət etmək onun üçün ən doğru addım olub. Xatırladaq ki, ulduz futbolçu psixoloji vəziyyəti səbəbindən kataloniyalıların son matçlarında iştirak edə bilməmişdi.