Tomas Frankı istefaya göndərən İngiltərənin "Tottenhem" klubu boş qalan baş məşqçi postuna iddialı namizəd tapıb. London təmsilçisi bu vəzifəyə "Atletiko Madrid"in əfsanəvi çalışdırıcısı Dieqo Simeoneni gətirmək üçün hərəkətə keçib.

Postxronika.az xəbər verir ki, "maşinistlər"in nümayəndələri artıq argentinalı mütəxəssislə əlaqə saxlayaraq onun fikrini öyrəniblər. 2011-ci ildən bəri İspaniya klubuna rəhbərlik edən təcrübəli taktik gələn yaydan etibarən yeni təklifləri dəyərləndirməyə hazır olduğunu bildirib. Hazırda Premyer Liqada 16-cı pillədə qərarlaşan və böhran içində olan ingilislər, komandanı bu vəziyyətdən Simeonenin çıxara biləcəyinə inanırlar.