İngiltərənin "Liverpul" klubu heyətini yeni ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır. Mersisayd təmsilçisi diqqətini "Milan"ın liderlərindən olan Kristian Pulişiçə yönəldib.
Postxronika.az xəbər verir ki, tanınmış jurnalist Nikolo Şira "qırmızılar"ın 27 yaşlı amerikalı hücumçunu ciddi şəkildə izlədiyini açıqlayıb. Hazırkı klubunda xoşbəxt olan oyunçu rəhbərlikdən yeni müqavilə təklifi gözləsə də, hələ ki, bu addım atılmayıb. Qeyd edək ki, cari mövsümdə yüksək məhsuldarlıq nümayiş etdirən Pulişiçin "rossoneri" ilə sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub, lakin klubun müddəti daha bir il uzatmaq hüququ var.