Fransada Marin Le Penin məhkəmə prosesində dövlət ittihamçısı Nikolas Ramonatxo siyasətçinin müdafiə taktikasına kəskin etiraz edib.

Postxronika.az xəbər verir ki, prokuror hakimlərin sadəcə parlamentdə qəbul edilmiş qanunları icra etdiyini vurğulayaraq, xanım siyasətçinin məhkəməni siyasi arenaya çevirmək cəhdini pisləyib. O, Le Penin hüquqi müstəvidə müdafiə olunmaq əvəzinə, ədalət təmsilçilərinə hücum edərək özünü qurban kimi göstərməyə çalışdığını bildirib. Tərəflərin çıxışlarından sonra hakimlər yekun qərarı vermək üçün müşavirəyə yollanıblar və hökmün qarşıdakı aylarda elan edilməsi gözlənilir.