Gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. İşıqforun  qadağanedici işarəsində hərəkəti davam etdirən minik avtomobili svetofora çırpılıb. Nəticədə 1 ədəd nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.

Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Qurum tərəfindən dərhal işıqforun yenilənməsi istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, ötən il ərzində Bakı şəhərinin inzibati ərazisində yerləşən küçə və prospektlərdə baş vermiş 55 yol-nəqliyyat hadisəsi nəticəsində işıqforlara ziyan dəyib və ya onlar yararsız vəziyyətə düşüb.