Qısa başlıq:
Roman Griffin Davis “Wonderland” animasiyasına qoşuldu
''Jojo Rabbit'' filmi ilə tanınan Roman Qriffin Deyvis Polşanın ''Lightcraft'' studiyasının yeni animasiya layihəsi olan ''Wonderland'' filminin səsləndirmə heyətinə qatılıb. Aktyor baş rolu səsləndirəcək və layihədə Mads Mikkelsen'lə birlikdə yer alacaq.
Deyvis yuxularında sirli ''Vagapulga'' varlıqları ilə qarşılaşan 12 yaşlı Ceyk'i səsləndirir. Film daha əvvəl ''Dreamworld'' adı ilə tanınırdı və 3D, ingilisdilli animasiya kimi hazırlanır.
Rejissor və prodüser Daniel Markoviç aktyorun obrazın emosional məntiqini dərindən anladığını və rol üçün ideal seçim olduğunu bildirib.
Deyvis beynəlxalq şöhrəti ''Jojo Rabbit'' filmindəki performansı ilə qazanıb, həmçinin ''The Long Walk'', ''Greenland 2: Migration'' və ''500 Miles'' layihələrində rol alıb. O, daha əvvəl ''The King of Kings'' animasiyasında da səsləndirmə edib.
Filmin rejissorları Daniel Markoviç və Maks Naporovskidir. Musiqiləri ''The Witcher 3: Wild Hunt'' üzərində işi ilə tanınan Mikolay Stroinski bəstələyib. Dünya üzrə satış hüquqları ''Kinostar''a məxsusdur və film 2026-cı ildə tamamlanacaq.