Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərə müraciət edib. 

Postxronika.az “Crossmedia.az”a istinadən xəbər verir ki, hökumət başçısı səfirliklərdən sərhədyanı bölgələrə, xüsusən də Sünik vilayətinə səfərlərlə bağlı tətbiq edilən məhdudiyyətləri aradan qaldırmağı tələb edib.

Paşinyan çıxışında konkret ölkə adlarını açıqlamasa da, bu cür təhlükəsizlik xəbərdarlıqlarının əsasən Qərb ölkələrinin səfirlikləri tərəfindən edildiyi bildirilir.

Baş nazir Xarici İşlər naziri Ararat Mirzoyana məsələ ilə bağlı xüsusi tapşırıq verib:

"Cənab Mirzoyan, bu səfirliklərlə işləmək lazımdır ki, onlar bunu vərdiş halına salmasınlar və məhdudiyyətləri ətalət üzrə davam etdirməsinlər".