ABŞ-nin sərhəd təhlükəsizliyinə məsul rəsmi nümayəndəsi Tom Homan Minneapolisdə iki nəfərin ölümü ilə nəticələnən miqrasiya əməliyyatlarının rəsmən yekunlaşdığını bildirib.

Postxronika.az xəbər verir ki, Tom Homan dekabr ayından bəri davam edən bu reydlərin bölgəni cinayətkarlardan təmizlədiyini və daha təhlükəsiz mühit yaratdığını vurğulayıb. Prezident Donald Trampın razılığı ilə Minneapolisdəki 700 federal xidmət əməkdaşının bu həftədən etibarən geri çəkilməsinə başlanılıb. Minnesota qubernatoru Tim Valz isə reydlərin tamamilə dayandırılmasının bir neçə gün ərzində yekunlaşacağını gözlədiyini ifadə edib.

Qeyd edək ki, gərgin keçən bu proses zamanı 4 mindən çox şəxs saxlanılıb və iki ABŞ vətəndaşı hüquq-mühafizə orqanları tərəfindən açılan atəş nəticəsində həlak olub. Baş verən hadisələr ölkə daxilində geniş etirazlara və kütləvi narazılığa yol açıb.