Norveç hökuməti cümə axşamı verdiyi bəyanatda Ukraynaya 4,2 milyard Norveç kronu (443,25 milyon dollar) həcmində hərbi yardım ayıracağını bəyan edib.
Postxronika.az "Reuters"ə istinadla xəbər verir ki, əldə olunmuş razılaşmaya əsasən, Fransa tərəfi bu layihə üçün təxminən 3 milyard kronluq kreditə zəmanət verəcək. Norveç və Fransa arasındakı müqavilə Fransanın müdafiə sənayesindən böyük miqdarda havadan-yerə silahların, həmçinin müşahidə və kəşfiyyat vasitələrinin satın alınmasını nəzərdə tutur. Norveç Müdafiə naziri Tore Sandvik bu hərbi layihələrin Ukrayna Müdafiə Nazirliyi ilə sıx təmas şəraitində, ölkənin həyati prioritetlərinə uyğun müəyyən edildiyini vurğulayıb. Nazir həmçinin qeyd edib ki, seçilmiş layihələr Ukrayna üçün qısa müddətdə konkret və sürətli nəticələr verəcək.