Bəhreyndə baş tutan Formula 1 mövsümöncəsi sınaq yürüşlərinin ikinci günündə "Ferrari" pilotu Şarl Lekler ən yaxşı dövrə zamanı ilə rəqiblərini geridə qoyub.

Postxronika.az xəbər verir ki, monakolu sürücü "McLaren" təmsilçisi Lando Norrisi yarım saniyə qabaqlayaraq günü zirvədə tamamlayıb. "Haas" komandasının gənc pilotu Oliver Birman gözlənilməz performansla üçüncü nəticəni göstərdiyi halda, "Mercedes" və "Red Bull" düşərgələrində texniki nasazlıqlar yaşanıb. Xüsusilə Kimi Antonelli və İsak Hacar günün böyük hissəsini avtomobillərindəki problemlərin həllini gözləməklə keçiriblər. Maks Ferstappen və Luis Hemiltonun iştirak etmədiyi bu testlər gələn ay Avstraliyada start götürəcək yeni mövsüm öncəsi komandaların güc nisbətini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda davam edən hazırlıq mərhələsi növbəti həftə keçiriləcək daha üçgünlük sürüşlərlə yekunlaşacaq.