Polis əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat tədbiri uğurla nəticələnib.
Postxronika.az xəbər verir ki, fevralın 12-də aparılan araşdırmalar zamanı ümumi çəkisi 13,5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Hazırda bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri hüquq-mühafizə orqanları tərəfindən fasiləsiz davam etdirilir. Faktla bağlı müvafiq araşdırmalar aparılır.