Hava limanı şosesində hərəkət məhdudlaşdırılacaq.
Postxronika.az Dövlət Yol Polisi (DYP) İdarəsinin məlumatına əsasən xəbər verir ki, məhdudiyyət 14 fevral tarixində saat 00:00-dan 07:00-dək Hava limanı körpüsündən “Koroğlu” metrostansiyası istiqamətində tətbiq ediləcək. 15 fevral tarixində isə eyni saatlarda (00:00-dan 07:00-dək) hərəkət “Koroğlu” metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində qapadılacaq.
Məhdudiyyət tətbiq edilən müddətdə ərazidə xidmət aparan DYP əməkdaşları Mərdəkan şosesindən gələn sürücüləri Zığ şosesinə, şəhər istiqamətindən gələnləri isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçələrinə istiqamətləndirəcəklər.
Bundan əlavə, sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə bilərlər.