Abşeron rayonu, Xırdalan şəhəri ərazisində "MAN" markalı yük maşınından 490 litr dizel yanacağı naməlum şəxs tərəfindən oğurlanıb.
Postxronika.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkumluq həyatı yaşamış 40 yaşlı R.Cahangirov saxlanılıb.
Araşdırma zamanı həmin şəxsin oğurladığı yanacağı özünə məxsus eyni markalı nəqliyyat vasitəsinin çəninə boşaltdığı məlum olub. Saxlanılan şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Cahangirov 30 gün müddətinə inzibati qaydada həbs edilib.