Almaniya Kansleri Fridrix Merz böyük dövlətlər arasındakı rəqabət dövründə ABŞ-ın təkbaşına fəaliyyət göstərəcək qədər güclü olmadığını bildirib. O, NATO-nun sadəcə Avropa üçün deyil, həm də Vaşinqton üçün böyük üstünlük olduğunu xatırladaraq, müttəfiqləri transatlantik etimadı bərpa etməyə çağırıb.

Postxronika.az xəbər verir ki, siyasətçi Amerika nümayəndə heyətinə sərt iradlarını da çatdırıb. Cey Di Vensin əvvəlki aqressiv fikirlərinə kəskin cavab verən hökumət başçısı Birləşmiş Ştatlardakı "MAGA" mədəniyyətinin onlara aid olmadığını vurğulayıb. Lider əlavə edib ki, qitədə söz azadlığı insan ləyaqətinə zidd ifadələr işlədildiyi yerdə bitir. Çıxışının sonunda o, proteksionizm əvəzinə azad ticarəti dəstəklədiklərini, qlobal problemlərin isə yalnız birlikdə həll edilə biləcəyinə inandıqları üçün iqlim sazişlərinə və Ümumdünya Səhiyyə Təşkilatına sadiq qaldıqlarını bəyan edib.