Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakı qəbul edib.
Postxronika.az APA-ya istinadən xəbər verir ki, görüş zamanı tərəflər ölkələr arasındakı strateji tərəfdaşlıq əlaqələrini müzakirə ediblər.
Söhbət əsnasında dövlət başçısının ötən ilin dekabrında Slovakiyaya etdiyi rəsmi səfər məmnunluqla xatırlanıb. Bildirilib ki, bu cür yüksəksəviyyəli qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin inkişafına mühüm təkan verir.
Hərbi-texniki əməkdaşlıq diqqət mərkəzində
Görüşdə Azərbaycan və Slovakiya arasındakı münasibətlərin qarşılıqlı anlaşma və dəstəyə əsaslandığı vurğulanıb. Tərəflər hərbi-texniki sahədə tərəfdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, bu istiqamətdə əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.