Bəziləri üçün səyahət sadəcə istirahətdir, amma elələri var ki, yol onların həyat tərzidir. Yeni şəhərlər, fərqli mədəniyyətlər, tanımadıqları küçələr...
Postxronika.az macəra ruhu daşıyan, bir yerdə uzun müddət qala bilməyən 5 bürcü təqdim edir:
1. Oxatan
Səyahət sözünün canlı təcəssümüdür. Azadlığı, fərqli mədəniyyətləri və spontan planları sevir. Oxatan üçün həyat bir macəradır və o, bu macəranı yerində oturaraq yaşaya bilməz.
2. Əkizlər
Maraq dolu və enerjilidir. Yeni insanlarla tanış olmaq, fərqli mühitlərə düşmək Əkizləri həyəcanlandırır. Qısa səfərlər, ani qərarlar – tam onun tərzidir.
3. Dolça
Fərqli və qeyri-adi yerlərə getməyi sevir. Turistik marşrutlar yox, daha çox özünəməxsus və fərqli təcrübələr axtarır. Kəşf etmək onun üçün bir ehtiyacdır.
4. Qoç
Enerjili və risk almağı sevən Qoç üçün səyahət adrenalin deməkdir. Dağ, dəniz, ekstremal idman – harada hərəkət varsa, Qoç oradadır.
5.Şir
Həm gəzməyi, həm də gəzdiyini göstərməyi sevir. Dəbdəbəli məkanlar, göz oxşayan yerlər Şirin ruhuna uyğundur. O, səyahəti həm zövq, həm də həyat enerjisi kimi görür.