İran Prezidenti Məsud Pezeşkian Gülüstan əyalətinə səfəri zamanı tibbi xidmətlərlə bağlı iclasda iştirak edib. O, tədbir vaxtı yenidən Azərbaycan dilində şeir səsləndirərək iştirakçılar arasında böyük coşqu yaradıb.
Postxronika.az xəbər verir ki, dövlət başçısı dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” əsərindən bir parça oxuyub. Çıxışında insanlıq, vətən sevgisi və xeyirxahlıq kimi dəyərləri ön plana çəkən misralar yer alıb. Xüsusilə də onun dilindən səslənən “Göylər bütün dumandır, günlərimiz yamandır” və “Yaxşılığı əlimizdən alıblar” kimi ifadələr diqqət çəkib.