İsrailin Baş naziri Benyamin Netanyahu "TikTok" platformasında İrana qarşı mümkün hərbi ssenarilərin əks olunduğu bir video paylaşıb. Həmin görüntülərdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus qırıcı təyyarə daşıyıcısının Ərəbistan dənizində yerləşdirilməsi fonunda Tehran əleyhinə zərbələrdən bəhs edilir.
Postxronika.az xəbər verir ki, materialda aviadaşıyıcının bölgədəki mövcudluğu regional təhlükəsizlik və müxtəlif döyüş planları ilə əlaqələndirilib. Bu paylaşımın rəsmi mövqe olub-olmadığına dair hər hansı açıqlama verilməyib. Buna baxmayaraq, hökumət rəhbərinin addımı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.