Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Qarabağı könüllü tərk etmiş ermənilərdən 30 min nəfərin artıq Ermənistan vətəndaşlığı aldığını açıqlayıb. O əlavə edib ki, bu şəxslər üçün pasport alma prosesi xeyli sadələşdirilib və sürətləndirilib.
Postxronika.az xəbər verir ki, rəsmi qurumların məlumatına görə, vətəndaşlıq müraciətlərində kəskin artım müşahidə edilir. Əgər əvvəllər müvafiq elektron platformaya gündə təxminən 40 müraciət daxil olurdusa, hazırda bu rəqəm 200-ə qədər yüksəlib.