İraq Ədliyyə Nazirliyi Suriya ərazisində saxlanılan və İŞİD terror qruplaşması ilə əlaqəli olan 5 mindən artıq məhbusun ölkəyə köçürüldüyünü elan edib. Verilən rəsmi açıqlamaya görə, indiyədək təhvil alınan məhkumların ümumi sayı 5 064 nəfərə çatıb.

Postxronika.az xəbər verir ki, cəzaçəkmə müəssisələrinə yerləşdirilən bu şəxslərin böyük əksəriyyətini xarici ölkə vətəndaşları təşkil edir. Onlardan 3 mindən çoxu Suriya pasportuna sahibdir, ən azı 270 nəfəri isə İraq vətəndaşıdır.