Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) köhnəlmiş elektron məlumat-sürət tablolarının metal konstruksiyasının sökülməsinə başlanılıb.

Postxronika.az Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, bu səbəbdən Hava limanı körpüsündən “Koroğlu” metrosu istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Mərdəkan şosesindən gələn sürücülər alternativ olaraq Zığ şosesinə yönləndirilir.

Hazırda ərazidə yol polisi tərəfindən hərəkətin tənzimlənməsi üçün zəruri tədbirlər görülür.