"Yuventus"un sabiq baş məşqçisi İqor Tudor karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə hazırlaşır.
Postxronika.az xəbər verir ki, insayder Fabrisio Romanonun yaydığı məlumata görə, xorvatiyalı mütəxəssis London klubunu cari mövsümün sonunadək idarə etmək təklifini müsbət qarşılayıb.
Tomas Frankın gedişindən sonra rəhbərlik "şporlar"ı müvəqqəti olaraq təcrübəli çalışdırıcıya həvalə etmək niyyətindədir. Hazırda 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşan komandanın yay üçün əsas hədəfləri Roberto De Zerbi və Maurisio Poçettinodur. Təhlükəli zonadan cəmi 5 xal öndə olan London təmsilçisi Tudorun rəhbərliyi altında elitadakı yerini qorumağa çalışacaq. Müqavilənin iyun ayına qədər qüvvədə olacağı və tərəflərin rəsmi imza üçün son detalları dəqiqləşdirdiyi bildirilir.