Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq.

Postxronika.az xəbər verir ki, bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.