Qlobal arenadakı siyasi böhranlar idman dünyasına da öz mənfi təsirini göstərməkdədir. Artan gərginliklər səbəbindən İslam Respublikasının yığma komandası yoldaşlıq matçları üçün rəqib tapmaqda ciddi maneələrlə üzləşib.

Postxronika.az xəbər verir ki, həm Avropa, həm də Afrika nümayəndələri ilə aparılan danışıqlar heç bir müsbət nəticə verməyib. Hətta İspaniya millisi ilə gələn ilin yayına planlaşdırılan qarşılaşma belə son anda ləğv edilib. Dünya çempionatına hazırlıq məqsədilə Tunis, Əlcəzair və Kamerun kimi ölkələrlə qurulan təmaslar da uğursuzluğa düçar olaraq təxirə salınıb.