Avropanın mərkəzində Tehranın nüvə ambisiyaları ətrafında yeni siyasi məsləhətləşmələr baş tutub. Belə ki, Çin, Rusiya və İran nümayəndə heyətləri Vyanada bir araya gələrək xüsusi üçtərəfli görüş keçiriblər.

Postxronika.az xəbər verir ki, toplantı zamanı adıçəkilən ölkələrin nüvə proqramı ilə bağlı atacağı növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb. Rəsmi şəxslər danışıqların gedişatı barədə qısa məlumat versələr də, əldə olunan nəticələr və qərarların detalları ictimaiyyətdən gizli saxlanılıb. Prosesin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi isə hələlik qeyri-müəyyəndir.